PRESS RELİZ
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində növbəti təlim keçirildi
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarına may ayının 29-də Quba şəhrində təlim təşkil olundu. Təlim peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçirilmişdir. Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahələrini əhatə etmişdir.
Layihənin ümumi məqsədi: yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Layihənin ümumi məqsədi: yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Təlimdə əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlim, həmçinin əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimat, əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri onlar üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılmışdır.
Təlimdə iştirak edən dövlət qurumlarının əməkdaşları maraqlı təlimin təşkilindən məmnunluqlarını bildirdilər.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Təlimdə keçirilən testlərin nəticəsi olaraq,qrup məşğələlərinin təşkili daha səmərəli üsul kimi müsbət nəticələr verir.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir. Təlimdə keçirilən testlərin nəticəsi olaraq,qrup məşğələlərinin təşkili daha səmərəli üsul kimi müsbət nəticələr verir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.
29.05.2024