PRESS RELİZ
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Qusar rayonunda növbəti seminar təşkil edildi.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsini uğurla həyata keçirir.
Layihənin məqsədi: aztəminatlı ailələrdən, o cümlədən məcburi köçkün ailələrindən olan əlilliyi olan qadın və qızlar üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 30 May tarixində Qusar rayonunda seminar təşkil edildi. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir. Seminarda Qusar rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma qrupları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər.

Seminar zamanı layihə çərçivəsində həyata keçirilən dəstək proqramları, əlilliyi olan qadınların sosial problemlərinin həlli istiqamətində görülən işlər, müraciətlərin həllində müsbət nəticələr və dəyişikliklər, əldə olunan nailiyyətlər və görüləcək işlər, qarşılaşdıqları çətinliklər, bəzi dövlət qurumlarında əlil qadınlara qarşı mənfi münasibətin həllində əməkdaşlıq siyasətinin formalaşdırılması, təhsil məsələləri müzakirə edilmişdir. İştirakçılarla sual-cavab sessiyası təşkil olunub. Qusar rayonunun 32 kəndində icma rəhbərlərinin təyin edilməsi mexanizmi ilə bağlı müzakirələr aparılıb. Seminar zamanı, həmçinin əlillik və cəmiyyətdə əlilliyə dair stereotiplər və yanlış münasibətlə bağlı müzakirələr aparılıb.
Əlilliyi olan qadınlar və qızlar özlərinin məlumatları olmadıqları məsələlərlə bağlı qarşılaşdıqları problemlər və onların həll yolları haqqında fikirlərini bildirdilər. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi.
Seminarda keçirilən məşğələlərin nəticəsi olaraq, daha çox hüquqlarından xəbərsiz olan əlilliyi olan qadınların hüquqları, təklifləri, həyat təcrübələri, maneələri ilə bağlı qrup məşğələlərinin təşkili daha səmərəli üsul kimi müsbət nəticələr verir.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
Seminarda 25 nəfər iştirak etdi.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti. 30.05.2024