Funded by Funded by
PRESS RELEASE
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən Gəncə şəhəri yaxınlığında yerləşən Xocalı qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalıdan və digər işğaldan azad olunmuş rayonlardan (Şuşa, Xankəndi, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Ağdam) olan məcburi köçkün əlilliyi olan qadın və qızlar və onların icma üzvlərinə ikinci dəfə seminar təşkil edib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Gəncə şəhəri yaxınlığında yerləşən Xocalı qəsəbəsində Xocalıdan olan məcburi köçkün əlil qadın və qızlarla bərabər Şuşa, Xankəndi, Ağdam, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayonlarından məcburi köçkün düşmüş əlilliyi olan qadınlar və onların icma üzvləri üçün ikinci dəfə seminar təşkil edib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsini uğurla həyata keçirir.
Layihənin məqsədi aztəminatlı ailələrdən, o cümlədən məcburi köçkün ailələrindən olan əlilliyi olan qadın və qızlar üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır.
Növbəti “İctimai yerlərdə və nəqliyyatda əlilliyi olan qadın və qızlara münasibət və davranış problemləri və ictimai dəstək” mövzusunda keçirilən seminarda Xocalıdan olan məcburi köçkün qadın və qızların hüquqları, psixoloji, sosial və məşğulluq sahələri əhatə olunub. Seminar 18-19.may 2024-cü il tarixlərində Gəncə şəhəri yaxınlığında yerləşən Xocalı qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün təşkil edilmişdir.
Seminarlar layihənin təlimçisi İradə Rizazadə tərəfindən Bakı şəhəri və rayonlarında keçirilir.
Seminar iştirakçıları əlilliyi olan qadın və qızlar və onların ailələri üçün faydalı olan müxtəlif dövlət və ictimai xidmətlər, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlar alıblar. Seminar iştirakçıları tərəfindən əlilliyi olan qadın və qızların üzləşdiyi problemlər qaldırılmış, qadınların üzləşdiyi problemlərin həlli istiqamətində təkliflər verilmiş və dövlət qurumlarının iştirakı ilə yaradılmış Koordinasiya Şurasına təqdim edilmişdir. İştirakçılar belə seminarların gələcəkdə təhsil müəssisələrində də keçirilməsi ideyasını irəli sürmüşlər.
Seminarlar zamanı hər dəfə yeni iştirakçıların dəvət edilməsi yeni dəstək qruplarının yaradılmasına, innovasiyaların artmasına, şəbəkənin böyüməsinə, yeni ideya və təkliflərin verilməsinə səbəb olur. Seminarda iştirak edən Xocalıdan olan əlilliyi olan qadınlar özlərinə icma rəhbərini seçiblər. İcma başçısı ali təhsillidir. Seminar zamanı onun əlil qadınların hüquqlarının müdafiəsi ilə bağlı aydın fikirlərini gördük. Öyrəndiklərini tətbiq etmək bacarığına malikdir.
Problemi olanlar barədə məlumatlar toplanaraq aidiyyəti dövlət qurumlarına ötürülür, onların həllinə köməklik göstərilir. Bakı, Gəncə və Quba, Qusar, Xaçmaz şəhər və rayonlarında keçirilən seminarlarda iştirak edən müxtəlif əliliyi olan qadın və qızların problemlərinin operativ həllinə köməklik göstərilib, bu da onların hüquqları ilə bağlı yeni fikirlərin yaranmasına səbəb olub. Onlar özləri aktivistlərə çevrilirlər.
Seminarda keçirilən məşğələlərin nəticəsi olaraq, daha çox hüquqlarından xəbərsiz olan əlilliyi olan qadınların hüquqları, təklifləri, həyat təcrübələri, maneələri ilə bağlı qrup məşğələlərinin təşkili daha səmərəli üsul kimi müsbət nəticələr verir.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.