Funded by
PRESS RELEASE
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsini uğurla davam etdirir.
Layihə çərçivəsində dövlət qurumlarına 14 iyun 2024-cü il tarixində Bakı şəhərində təlim təşkil olundu.
Təlim gün ərzində, peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçirilmişdir. Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün ictimai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Təlimin təşkilində Günel İbrahim tərəfindən maraqlı metodlar istifadə olundu və yanaşmalar tətbiq edildi. İştirakçıların diqqətinin beyin məşqləri ilə yoxlanılması, ilkin testlər və təlimdən sonra testlərin təyin edilməsi auditoriyanın diqqətini çəkdi.
Təlimdə əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimatlandırılma aparılmışdır.
Xidmət mütəxəssislərinin öhdəlikləri və vəzifələri sahəsində təlimatlandırılma daha çox maraq doğurmuşdu.
Xidmət mütəxəssisi (sosial xidmət işçisi) (Social service specialist) - xüsusi qayğıya ehtiyacı olan insana evdə və ya xidmət mərkəzində qulluq göstərən, bu sahədə peşəkar səviyyədə təhsil almış mütəxəssis;
Xidmət sənədi (Service document) - müraciət edən şəxsin qayğıya ehtiyacı olub olmadığını, qayğıya ehtiyac dərəcəsini, xidmət və təminat növlərini özündə əks etdirən, xidmət heyəti tərəfindən hazırlanmış hesabat;
Xidmət strukturları (Service institutions, service agencies, service entities) - evdə və ya xidmət mərkəzində xüsusi qayğıya ehtiyacı olan insanlara sosial təminat xidmətləri təqdim etmək funksiyasını daşıyan hökumət və qeyri-hökumət qurumları haqqında təlimiçi tərəfindən xüsusi məlumat verilmişdir.
Təlimdə iştirak edən dövlət qurumlarının əməkdaşları və digər nümayəndələr təlimin təşkilindən məmnunluqlarını bildirdilər. Təlim iştirakçıları tərəfindən hər bir dövlət qurumlarının əməkdaşlarına bu təlimin davamlı təşkilinə ehtiyacın olmasını bildirdilər.
QEYD: Dövlət qurumları nümayəndələrinə keçirilən təlimin keyfiyyəti, psixoloji təlqini, mütəxəssis bacarığının yüksək səviyyəsi təlimin təşkilinə daha çox marağın yaranmasına səbəb olub. Təlimlərin keçirilməsi layihənin uğurlu fəaliyyətlərindən biri hesab edilir. Layihənin təlimçisinin təlimlərin keçirilməsində maraqlı və gündəmdə öncəlik yaradılmasında taktiki gedişlərinin böyük rolu var. Sosial şəbəkələrdə davamlı gündəmdə olması səbəbindən layihənin yüksək reytinqi yaranıb.
Təlimdə 25 nəfər iştirak edib.
Layihənin ümumi məqsədi: yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.