“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin dəstəyi ilə maarifləndirici tədbirlərini davam etdirir.
 
 
                            
 Növbəti seminar Bakı şəhərində təşkil edildi. Dövlət və ictimai xidmətlərə çıxışda baryerlər mövzusunda maarifləndirici seminar uğurla başa çatdı
May ayında keçirilən və gün ərzində davam edən maarifləndirici seminar əlilliyi olan qadınların, yerli icma üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı ilə baş tutdu. Seminarın əsas mövzusu ictimai və dövlət qurumlarında mövcud olan texniki və informativ baryerlər, o cümlədən sosial xidmətlərə, səhiyyəyə, təhsilə və hüquqi yardıma çıxış imkanlarının məhdudluğu idi.
Seminar müddətində iştirakçılar arasında canlı diskusiyalar və müzakirələr aparıldı, qarşılıqlı təcrübə mübadiləsi baş verdi. Bu müzakirələr, iştirakçılar arasında əməkdaşlıq imkanlarının və qarşılıqlı maraqların formalaşmasıdır


                               
 
Seminar çərçivəsində layihənin dəstəyi ilə hazırlanmış və dövlət xidmətləri haqqında məlumatları əhatə edən NƏ ETMƏLİ NƏ BİLMƏLİ” Əlilliyi olan qadın və qızlar və  onların ailə üzvləri üçün ictimai/dövlət dəstək xidmətləri haqqında məlumat kitabı haqqında bigilər verildi.
  NƏ ETMƏLİ NƏ BİLMƏLİ” məlumat kitabçası iştirakçılara təqdim olundu. Kitabda əsas sosial və hüquqi xidmətlər, müraciət mexanizmləri və mövcud imkanlar sadə və anlaşıqlı dildə izah olunur. İştirakçılar bu nəşri “onlar üçün əsas dəstək kitabı” kimi qiymətləndirdilər və gündəlik həyatlarında faydalı olacağına əminliklərini bildirdilər.
Seminar təşkilatçıları tədbirin nəticələrindən məmnunluqlarını ifadə edərək gələcəkdə daha geniş auditoriyanı əhatə edən maarifləndirici təşəbbüslərin davam etdiriləcəyini vurğuladılar.
Seminar gün ərzində davam etdi. Seminarda iştirak edən əlilliyi olan qadınlar, icma üzvüləri tərəfindən diskusiyalar, müzakirələr qarşılıqlı maraqların , əməkdaşlığın  yaranmasına səbəb oldu. Seminar iştirakçılarına layihənin dəstəyi ilə Dövlət qrumları haqqında nəşr olunan məlumat kitabı  paylandı. Məlumat kitabının nəşri seminar iştirakçıları tərəfindən onlar üçün  əsas dəstək kitabı olduğu vurğulandı..
Seminarın məqsədi:
Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir. Seminar layihə üzrə təlimçi İradə Rizazadə tərəfindən keçirildi. Eyni zamanda onlar arasında pozitivliyin yaranması, həyata baxışların dəyişməsi üçün əlavə könüllülər də cəlb olundu. Əlilliyi olan qadın və qızların sahibkarlıq istiqamətində maraqlı olmaları seminarda daha çox fəllıq yaratdı. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər  vacibliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların cəmiyyətdə, ailədə, ifrastruktur çətinliklərində yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı. Onların hüquqlarının təmini, bu sahədə dəstəyin verilməsinin önəmi vurğulandı.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.

Seminarda 26 nəfər iştirak etdi.