Funded by


“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ilk dəyirmi masa yanvarın 26-sı Gəncə şəhrində baş tutdu. Dəyirmi masanin həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatları iştirak etdi.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova dəyirmi masanı açıq elan etdi və layihə haqqında iştirakçılara geniş məlumat verdi. Tədbir zamanı iştirakçılar əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklər və onların həll yolları haqqında geniş müzakirə edildi. Dövlət qurumlarından ibarət Koordinasiya Şurası yaradıldı, Şuranın üzvləri seçildi və üzvlərin vəzifələri müzakirə olunaraq razılaşdırıldı. Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir.
Qeyd etmək lazımdır ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin əsas məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərlə əliliyi olan qadın və qızların üzləşdiyi problemlərin ictimailəşməsi, onların cəmiyyətdə qarşılaşdıqları problemilərin öyrənilib təhlil edilməsi, bu kateqoriyadan olan şəxslərin üzlədiyi subyektiv səbəblərin aradan qaldırılması üçün maarifçi xəttin aparılması təmin ediləcək. Sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqların öyrədilməsi layihənin əsas istiqamətlərindəndir. Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

“Əlil Qadınlar Cəmiyyəti”İB Mətbuat xidməti