PRESS RELİZ
Quba şəhərində İctimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emosional zorakılığa son qoyulması tədbirlərinin koordinasiyasını yaxşılaşdırmaq üçün layihənin maraqlı tərəfləri və benefisiar təşkilatların iştirakı ilə
dəyirmi masa görüşü keçirilmişdir.
KOORDINASIYA ŞURASININ ÜZVÜLƏRI TƏRƏFINDƏN MOBIL DƏSTƏK PROQRAMI FƏALIYYƏT GÖSTƏRƏCƏKDIR.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində ilk dəyirmi masa görüşü 16 fevral 2023-cü il tarixində təşkil olundu.
İlkin olaraq Azərbaycan Respublikasının Himni səsləndirildi, Şəhidlərimizin və Türkiyədə zəlzələ qurbanlarının xatirəsi bir dəqiqə sükutla yad edildi.
Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Dəyirmi masanin həyata keçirilməsində məqsəd əhaliyə müxtəlif sahələrdə (təhsil, səhiyyə, sosial müdafiə, məşğulluq, mədəniyyət, hüquq mühafizə və s.) xidmət göstərən dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri əhatə edən yerli fəaliyyət planlarının hazırlanmasıdır.
Dəyirmi masada müxtəlif dövlət, qeyri-hökümət və biznes təşkilatlarınln nümayəndələri iştirak etdi.Təşkil olunana dəyirmi masada Qusar, Quba. Xaçmaz rayonlarının aidiyyatlı dövlət qurumları iştirak etdi. Tədbir zamanı dəyirmi masaya dəvət olunan əlilliyi olan qadın və qızlar qarşılaşdıqları problemlərin həllində çətinliklərini dilə gətirdilər. Aidiyyatlı dövlət qurumlarının nümayəndələri səsləndirilən məsələlərə aydınlıq gətirdi, problemlərin həllinin ən qısa zamanda tapılması üçün əməkdaşı olduqları qurumlar tərəfindən qanun çərçivəsində dəstək veriləcəyi bildirildi.
Tədbir zamanı dövlət və digər qurumların nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradıldı. Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların ictimai/dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir. Koordinasiya şurasına sədr və katib seçildi və MOBIL DƏSTƏK proqramının tətbiqi təklifi edildi. Layihə müddətində və layihədən sonrada əlilliyi olan qız və qadınların bütün sahələrdə qarşılaşdıqları problemlər Koordinasiya şurasının üzvüləri tərəfindən MOBIL DƏSTƏK proqramının köməyi ilə problemlər öz həllini ən qısa zamanda taması ilə bağlı müzakirələr aparıldı.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grantmaking mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.