PRESS RELİZ
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ikinci seminar aprelin 28 və 29-sı Gəncə şəhrində təşkil edildi. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etməkdir. Seminarda qeyd edildiyi kimi Gəncə şəhərində fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarı açıq elan etdi və layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdi. Seminar zamanı əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi.
Seminarda Gəncə şəhərində yaradılan Daxili Koordinasiya Şurasının hesabatı dinlənildi. Əlilliyi olan qadınlar və icma nümayəndələri arasında yaradılan Koordinasiya Şurası dövlət qurumlarının iştirakı ilə yaradılan Koordinasiya Şurasının əməkdaşlığında müsbət nəticələrin əldə olunmasının vacibliyi müzakirə edildi. Koordinasiya Şuralarının birgə əməkdaşlığında əsas məqsəd əlilliyi olan insanların qarşılaşdığı çətinliklər, problemlər, onların gözləntiləri, problemlərin həll yolları araşdıraraq və bir yerə toplayaraq həlli yollarının tapılmasından ibarətdir. Tədbriin sonunda iştirakçıların əlilliyi olan şəxslərlə əlaqədar bilik və bacarıqlarını yoxlamaq üçün yeni üslubda psixoloji testlər keçirildi.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti